"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinghem Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Napoli"yə (4:2) qol vurub.
Fanat.Az "Bombardier"-ə istinadən xəbər verir ki, iİngilis futbolçu Madrid klubunun tarixində Çempionlar Liqasında keçirdiyi ilk dörd matçın hər birində qol vuran ilk oyunçu oldu.
20 yaşlı ulduzun Çempionlar Liqasında ümumilikdə 10 qolu var.
"Real" yayda Bellingemin transferi üçün Dortmund "Borussiya"sına 100 milyon avrodan çox pul ödəyib. Cud avqust və oktyabr aylarında La Liqanın ən yaxşı oyunçusu seçilib. Yarımmüdafiəçi həmçinin "Raymond Kop" və "Golden Boy 2023" mükafatını qazanıb.
Mirağa