Bu gün UEFA Çempionlar Liqasında yarımfinalın cavab oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
PSJ Fransada Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. Qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da başlayıb. Görüşü italiyalı Daniele Orsato idarə edib.
Dortmunddakı matçda 1:0 hesablı qələbə qazanan "arılar" səfərdə də Fransa nəhəngini yenərək adlarını finala yazdırıblar.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər cavab oyununda "Real" İspaniyada "Bayern"i sınağa çəcək. Münhendəki qarşılaşmada heç-heçə (2:2) qeydə alınıb.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu
7 may
PSJ – Borussiya Dortmund 0:1
Qol: Hummels, 50.
İlk oyun - 0:1