Mayın 8-də İspaniyada Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, "Real" doğma meydanda "Bayern" üzərində əzmkar qələbə qazanaraq finala yüksəlib. "Kral Klubu" 88-ci və 90+1-ci dəqiqələrdə qol vuraraq 2:1 hesabı ilə qalib gəlib.
Görüş başa çatdıqdan sonra "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti qələbəni çılğınlıqla qeyd edən azarkeşlərin yanına gedib. Azarkeşlər klubun himnini səsləndirəndə italiyalı mütəxəssis onlarla bərabər oxuyub.