Bu gün Çempionlar Liqasında daha bir yarımfinal görüşü reallaşıb.
Fanat.Az xəbər verir ki, Madriddə “Real” ilə “Bayern" arasında baş tutan cavab oyunundan sonra finala yüksələn ikinci komandanın adı məlum olub.
"Alyans Arena'da 2:2 hesablı heç-heçə edən komandaların İspaniyadakı dueli də dramatik alınıb. İlk yarısı qolsuz bitən qarşılaşmada hesabı qonaqlar açıb. Sona yaxın tarazlığı bərpa edən İspaniya nəhəngi 90+1-ci dəqiqədə qələbə qolunu da vuraraq möhtəşəm geridönüşlə adını finala yazdırıb.
Qeyd edək ki, "Real" Londondakı "Uembli" stadionunda keçiriləcək həlledici matçda Dortmund "Borussiya"sı ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu
8 may
Real Madird (İspaniya) – Bayern Münhen (Almaniya) 2:1
Qollar: Xoselu, 88; 90+1 - Devis, 68.
Baş hakim: Şimon Marçinyak (Polşa)
Madrid. "Santyaqo Bernabeu".
İlk oyun - 2:2