“Mançester Siti”nin hücumçusu Erlinq Holand UEFA Çempionlar Liqasında komandasının heyətində vurduğu qolların sayını 20-yə çatdırıb.
Fanat.Az xəbər verir ki, norveçli futbolçu ən nüfuzlu klub turnirində bu göstəriciyə 23-cü oyununda çatıb. 24 yaşlı futbolçunun 20-ci qolu “Sparta Praqa” ilə oyunun 58-ci dəqiqəsinə (5:0), 21-ci qolu isə bundan 10 dəqiqə sonraya təsadüf edib.
Bununla belə, "Opta"-nın hesablamasına görə, rekor Ruud van Nistelroy aiddir. Belə ki, niderlandlı keçmiş hücumçuya "Mançester Yunayted"də 20 qol həddinə üçün cəmi 21 ÇL oyunu lazım olub. Bir komandanın heyətində 20 qol həddinə Nistelroydan daha tez heç kim çatmayıb.
Holand bu sıralamada ikinci yerdədir.
Mirağa