"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın "Sileks" klubunun baş məşqçisi Qoran Simov mətbuata açıqlama verib.
Fanat.az xəbər verir ki, "Sportmedia" nəşrinə danışan mütəxəssis Ağdam təmsilçisi ilə görüş barədə rəy bildirmək istəməyib.
"Hazırda bütün fikrimiz "Pelister"lə matça yönəlib. Kratovoda oynayacağıq, ilk turda "Belasika"nı 6:0 hesabı ilə məğlub etmişik. Növbəti matçda da 3 xal haqqında fikirləşəcəyik. Şənbə gününə qədər futbolçulara "Qarabağ" barədə düşünməyi qadağan etmişəm".
Qeyd edək ki, "Qarabağ" - "Sileks" oyunu avqustun 18-də Bakıda olacaq və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.
Fanat.az