UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsindən təxirə salınan "Drita” (Kosovo) – "Linfild” (Şimali İrlandiya) oyunu ilə bağlı qərarını açıqlayıb.
Fanat.az xəbər verir ki, "Drita”nın iki futbolçusunda koronavirus aşkarlandığı üçün baş tutmayan görüş keçirilməyəcək.
Qurumun rəsmi saytında verilən məlumata görə, I təsnifat mərhələsinin oyunlarına az vaxt qalmasını əsas gətirən qitə futbol qurumu "Drita”ya 0:3 hesablı texniki məğlubiyyət verib. Nəticədə "Linfild” növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, "Linfild” ÇL-in 1-ci təsnifat mərhələsində "Legiya” (Polşa) ilə qarşılaşacaq. Bu mərhələnin oyunları avqustun 18-19-da keçiriləcək.
Fanat.az