Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniya çempionu "Bavariya" ilə "Lion" üz-üzə gəlib.
Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu Joze Alvalade" stadionunda keçirilən oyunu ispaniyalı referi Antonio Migel Mateu Laos idarə edib. Münhen təmsilçisi finala darmadağınla yüksəlib - 3:0.
Almaniya nəhəngi finalda PSJ ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də olacaq.
Çempionlar Liqası
Yarımfinal
"Lion" (Fransa) - "Bavariya" (Almaniya) 0:3
Qollar: Serj Qnabri, 18; 33, Robert Levandovski, 88
Portuqaliya, Lissabon. "Eştadiu Joze Alvalade" stadionu
Fanat.Az