Qadın futbolçular arasında Çempionlar Liqasının final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, həlledici görüşdə Almaniyanın "Volfsburq" komandası ilə Fransa "Lion"u qarşılaşıb.
İspaniyanın San-Sebastian şəhərindəki "Anoeta" stadionunda keçirilən görüş "Lion"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu qələbə ilə "Lion" tarixində 8-ci, ardıcıl olaraq isə 5-ci dəfə Çempionlar Liqasının qalibi olub.
Fanat.Az