Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunları çərçivəsində Cənubi Kiprdə baş tutacaq "Qarabağ" - "Molde" (Norveç) qarşılaşmasından öncə keçiriləcək komandanın son məşqi və mətbuat konfransının vaxtı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu gün Bakı vaxtıyla 20:15-də matçın baş tutacağı "AEK Arena"da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 20:30-da komanda oyunöncəsi son məşqə çıxacaq.
Rəqib komandanın baş məşqçisi isə Bakı vaxtıyla 18:45-də media mənsublarının önünə çıxacaq. 30 dəqiqə sonra isə Norveç təmsilçisi son hazırlıqlarını tamamlayacaq.
"Qarabağ" - "Molde" matçı sentyabrın 16-sı Bakı vaxtıyla 21:00-da start götürəcək.
Fanat.Az