09:45 17.09.2020 1717

"Bu məğlubiyyətin təsiri qısa vaxtda getməyəcək" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Mölde"sinə penaltilər seriyasında uduzaraq mübarizəni dayandırdıqları oyunla bağlı Heydər Əliyev adına beynəlxalq aeroportunda "Report"un suallarını cavablandırıb. 

- Əvvəlcə oyun barədə fikirlərinizi bilmək istərdik...
- Çox ağır oyun keçdi. Əlbəttə, Kiprə maksimum nəticə əldə etmək üçün getmişdik. Amma çoxsaylı qol epizodlarından yaxşı istifadə edə bilmədik. Həmişə demişəm, penaltilər seriyası idman lotereyasıdır. Məğlub olduq, heç istəməzdik. Futbolçularımız çox əziyyət çəkdilər. Sadəcə, onların əziyyətlərinə üzülürəm. Sözün həqiqi mənasında meydanda əsl kollektiv gördüm. Hər bir halda düşünürəm ki, bizim üçün böyük təcrübə oldu.

- Oyuna bir həftə qalmış matçın neytral meydana salınmasının komandanıza psixoloji təsiri oldumu?
- Əlbəttə, çox təsiri oldu. Əvvəl də bildirmişdim, püşkatmadan bir və ya iki gün əvvəl desəydilər ki, oyunumuz səfərdə olacaq, bizim üçün hazırlaşmaq bəlkə də daha asan olardı. Arxayın idik ki, oyun Bakıda olacaq. Sonda belə bir qərarın qəbul olunması, bir günün içində hər şeyin dəyişməsi istər-istəməz planlarımızı pozdu. Hər bir halda, biz Kiprə məğlub olmağa getməmişdik. Demək olar, tam üstünlüklə oynadıq.

- Komandanı penaltilər seriyasına hazırlamışdınız?
- Belə oyunlarda futbolçuları tam olaraq penaltilərə hazırlaşdırmıram. Məndə belə bir şey yoxdur. Sadəcə, məşqlərdə oyunçuların özləri penaltilərə istəkli olurlar. Mən də orada baxıram ki, kim daha yaxşı vurur, kim pis. Gördüyünüz kimi, ilk beşlik heç də pis olmadı. Sadəcə, digərləri o qədər də yaxşı penalti vuranlar deyil.

- Sizcə, bu məğlubiyyətdən sonra komandanı Avropa Liqasının pley-off matçına kökləmək çətin olmayacaq?
- Bilirsiniz ki, bir neçə ay futbol olmadı, oyundan uzaq idik. Ümumiyyətlə, futbolçuların tam hazırlıqlı olmaları elə də asan deyil. "Mölde" bunadək öz çempionatlarında 16, Çempionlar Liqasında 2 oyun keçirmişdi. Rəqibin son 3 ayda 18 görüş keçirməsi futbolçularının yaxşı formada olmasından xəbər verir. Bizdə isə çempionat dayanmışdı, rəsmi oyunlarımız bu il həddindən artıq az oldu. Belə oyunlarda 90 dəqiqə gücümüzü bölüşdürmək və ya 120 dəqiqə hazır olmaq bizim üçün heç də asan deyil. Amma istənilən halda, bu oyunun psixoloji təsiri qısa zamanda bizdən getməyəcək. Bu, şəxsən mənim üçün üzücü məğlubiyyət oldu. Pley-offa kimi bir neçə çempionat oyunu olacaq. Sentyabrın 18-də növbəti rəqib bilinəcək. Burada zəif komanda yoxdur, Bilirsiniz ki, növbəti rəqibimiz də ölkəsinin çempionu olacaq. 

- Qarşıda "Neftçi" ilə oyununuz var...
- Çalışacağıq ki, sentyabrın 20-də keçirəcəyimiz oyunadək tam hazır olaq. Bu arada, "Neftçi" "Qalatasaray"la qarşılaşacaq. Mən "Neftçi"yə yalnız uğurlar arzulayıram. Əvvəl də qeyd etdiyim kimi, "Qalatasaray"ın Bakıya gəlməsi futbolumuza sevgini daha da artıracaq. Türkiyənin Top-5 komandasından biri ölkəmizə səfər edib. Düşünürəm ki, bu rəqibə qarşı oynamaq həm "Neftçi", həm də Azərbaycan futbolu üçün böyük təcrübə olacaq.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

Facebookdan bizi izləməyi unutmayın.
X