Türkiyənin "Başakşəhər" klubu Çempionlar Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisinin 24 futbolçudan ibarət siyahısında Azərbaycanın U-21 millisinin üzvü Emre Kaplan da var.
Qeyd edək ki, "Başakşəhər" H qrupunda Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" və Almaniyanın "Leptsiq" komandaları ilə mübarizə aparacaq.