Çempionlar Liqasının 1/8 final oyunlarının məkanı dəyişdirilib.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
"Borussiya" (Münhenqladbax) - "Mançester Siti” komandaları arasında matç Macarıstanın paytaxtı Budapeştdə "Puşkaş Arena” stadionunda keçiriləcək. Oyun planlaşdırıldığı kimi fevralın 24-də baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bundan əvvəl "Puşkaş Arena”nın "Leypsiq”-"Liverpul” matçına da ev sahibliyi edəcəyi məlum olub.
İspaniyanın "Atletiko" və İngiltərənin "Çelsi" komandaları arasındakı görüşün isə Polşanın paytaxtı Varşavada olacağı bildirilir.
Qeyd edək ki, oyunların məkanının dəyişdirilmə səbəbi bəzi Avropa ölkələrində koronavirusa görə qoyulan məhdudiyyətlərdir.
Fanat.Az