UEFA quruma üzv olan 55 milli assosiasiya ilə Çempionlar Liqasının yeni formatı ilə bağlı müzakirə aparıb.
Fanat.Az xəbər verir ki, bu barədə Avropa futbol qurumundan TASS-a açıqlama verilib.
UEFA hazırda bütün tərəfdaşlarla geniş məsləhətləşmələrin aparıldığını vurğulayıb: "Bu mövzuda heç bir qərar qəbul olunmayıb. Hazırkı mərhələdə sizə əlavə məlumat və ya hər hansı şərh verə bilməyəcəyəm".
Qeyd edək ki, yeni formatın aprel ayında təsdiq edilməsi gözlənilir.
Xatırladaq ki, UEFA yeni formatı 2024-cü ildən tətbiq etməyi düşünür. Yeni formata əsasən, ÇL-də komanda sayı 32-dən 36-yadək arta bilər. Komandaların qruplara bölünməsinin ləğvi təklif edilir, əvəzində turnir İsveçrə sistemi ilə oynanılacaq. Beləliklə, hər klub fərqli rəqiblərə qarşı ən azı 10 matç (5 evdə, 5 səfərdə) keçirəcək. Bundan sonra isə turnir cədvəli formalaşacaq. İlk 8 klub birbaşa 1/8 finala yüksələcək. Digər komandalar isə növbəti mərhələyə yüksəlmək üçün yenidən mübarizə aparacaqlar.