Çempionlar Liqasında 1/8 mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayb.
Bildirilib ki, azarkeşlər Fransa PSJ-sinin hücumçusu Kilian Mbappenin İspaniya "Barselona"sı ilə səfər matçında (4:1) vurduğu ilk qolu birinci yerə layiq görüblər.
Almaniyanın "Borussiya" (Dortmund) klubundan Mahmud Daudun İspaniya "Sevilya"sı ilə görüşdəki (3:2) qolu 2-ci, İngiltərənin "Çelsi" komandasından Olivye Jirunun "Atletiko" ilə qarşılaşmadakı (1:0) qolu isə 3-cü olub.
Fanat.Az