Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda da ilk matçdakı kimi, Mönhenqladbax "Borussiya"sını 2:0 hesabıyla yenən "Mançester Siti" 1/4 finala adlayıb.
Fanat.Az xəbər verir ki, Budapeştdə keçirilən görüşdə top buraxmadan qələbə qazanan "şəhərlilər" sözügedən turnirdə ardıcıl 7 oyunda qapısını toxunulmaz saxlayıb.
Bu nəticəni ÇL tarixində cəmi 3 komanda göstərə bilib.
Belə ki, uğurlu seriyası 2005-ci ilin aprelində qırılan "Milan" da Avropanın ən nüfuzlu klub turnirində çıxdığı ardıcıl 7 qarşılaşmada topu tordan çıxarmamışdı.
Bu mənada rekordçu olan London "Arsenal"ı isə 10 görüşdə qol buraxmaması ilə öyünə bilər. İngiltərə təmsilçisinin "quru" oyunlar seriyası 2006-cı ilin aprelində qırılmışdı.