Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Sabah keçiriləcək "Mançester Siti” (İngiltərə) – PSJ (Fransa) matçını niderlandlı Byörn Kuypers idarə edəcək. Komandalar arasında Fransada baş tutan görüşdə "Mançester Siti” 2:1 hesablı qələbə qazanıb.
Mayın 5-də baş tutacaq "Çelsi” – "Real” oyununu isə İtaliyadan olan referi Daniele Orsato idarə edəcək. Bu komandalar arasında İspaniyada keçirilən ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, hər iki oyununun başlanma saat 23:00 göstərilib.
Fanat.Az