Dünən Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında "Çelsi"yə yenilərək (0:2) mübarizəni dayandıran "Real"ın azarkeşləri komandanın hücumçusu Eden Hazarın davranışından hiddətlənib.
Fanat.Az xəbər verir ki, matçın ardından "Çelsi"dəki sabiq komanda yoldaşları ilə zarafatlaşan belçikalı oyunçunun məğlubiyyəti gülə-gülə qarşılaması sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.
Tərəfdarlar 2019-cu ildə 100 milyon avroya transfer olunan və İspaniya nəhənginə gözlənilən faydanı verməyən Azarı klubun dəyərlərinə qarşı hörmətsizlikdə suçlayıb. Bir qrup fanat isə rəhbərlikdən sözügedən futbolçunun satılmasını tələb edib.
Edenin əhvalını pozmaması İngiltərə mətbuatının da diqqətindən yayınmayıb. "Daily Mail" Belçika yığmasının üzvünün yenilgini vecinə almadığını sübut edən görüntüləri yayaraq "O, "Real"a belə tüpürür" başlığından istifadə edib.
Atilla
Fanat.Az