Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun kimliyi bəlli olub.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Riyad Mahrez layiq görülüb.
30 yaşlı oyunçu evdə Fransanın PSJ komandasına 2:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.
Qeyd edək ki, ilk görüşdə də eyni hesablı qələbə qazanan "şəhərlilər" finala yüksəlib. Mançester təmsilçisinin həlledici oyundakı rəqibi İngiltərənin "Çelsi" komandası olacaq. Final mayın 29-da keçiriləcək.
Fanat.Az