10:00 14.07.2021 830

"Neftçi"nin müdafiə xəttində boşluqlar var" - Cahangir Həsənzadə

Bu gün "Neftçi" Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Dinamo Tbilisi"ni qəbul edəcək. 

Fanat.Az xəbər verir ki, bu komandalar arasında Gürcüstanda keçirilən ilk görüşdə ölkə çempionumuz 2:1 hesabı ilə qalib gəlib. 

Bəs, cavab oyununda "Neftçi"dən hansı nəticəni gözləmək olar? 

Millimizin sabiq qapıçısı, AFFA-nın texniki direktoru Cahangir Həsənzadə Fanat.Az-a açıqlamasında "Neftçi"nin favorit olduğunu bildirdi: "Rəqib oyuna olduqca aqressiv çıxacaq. Gürcüstanda hazırda çempionat oyunları gedir və futbolçuların oyun praktikası daha çoxdur. Bu da rəqibə müəyyən üstünlük verir. Amma bunlara baxmayaraq "Neftçi" rəqibdən səviyyəcə üstündür və bu üstünlüyü meydanda göstərmək lazımdır".

Mütəxəssis komandanın heyətindəki üstünlüklər və çatışmazlıqlara da toxundu: "Səfər oyununu diqqətlə izlədim. Sevindirici haldır ki, "Neftçi" rəqibin kim olmasından asılı olmayaraq öz oyununu göstərməyə çalışıb, ara-sıra üstünlüyü ələ alırdı. Ancaq etiraf etməliyik ki, zamanla üstünlüyü ələ keçirən "Dinamo" qapımız önündə daha çox qol vəziyyəti yaratdı. Aqilin oyununu qeyd etmək istərdim. Kifayət qədər qurtarışları ilə yadda qaldı və nəticəyə təsir edən oyunçulardan biri oldu. Amma "Neftçi"nin üstünlüyü ondan ibarət idi ki, qol şansı az olsa da, ələ düşən fürsətlərdən maksimum yararlandı. Oyundan öncə "Neftçi"nin hücum xəttində problemlər olduğuna dair fikirlər vardı. Ancaq "Dinamo" ilə oyunda şahidi olduq ki, hücumçularımız yaranan fürsəti yaxşı qiymətləndirə bilir.

Müdafiədə isə kifayət qədər boşluqlar var. "Dinamo" klubu o boşluqlardan maksimum yararlansaydı, nəticə bizim üçün heç də yaxşı olmayacaqdı. Müdafiəçilərlə yarımmüdafiəçilər arasında ara məsafələr olduqca çox idi. Çempionlar Liqası Samir Abasov üçün məşqçi olaraq yeni bir təcrübədir. Düşünürəm ki, komandanın çatışmayan cəhətlərini bizdən daha yaxşı bilir və cavab oyununa daha yaxşı hazırlaşıb".

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Dinamo" matçı 21:00-da start götürəcək. 

Emin Şəmsiyev
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

Facebookdan bizi izləməyi unutmayın.
X