UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin bütün cütləri və ilk oyunların qrafiki müəyyənləşib.
Fanat.Az xəbər verir ki, növbəti mərhələnin 13 oyunu iki günə sığacaq ki, iyulun 20-də 6, ertəsi 7 matç keçiriləcək.
Mərhələyə Ermənistanda start veriləcək. Startda Gürcüstanın "Dinamo” (Tiflis) komandasını mübarizədən kənarlaşdırmış "Neftçi” isə növbəti mərhələdə Yunanıstan "Olimpiakos”u ilə qarşılaşacaq. Yunanıstanda baş tutacaq və iyulun 21-də keçiriləcək matçən start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək.
Mübarizəyə məhz 2-ci təsnifat mərhələsindən başlayacaq Türkiyənin "Qalatasaray” klubu da həmin gün Niderlandda PSV-nin qonağı olacaq. Azərbaycanlı hücumçu Mahir Emrelinin klubu "Legiya”nın 2-ci mərhələdəki rəqibi "Flora” (Estoniya) olacaq.
Qeyd edək ki, ÇL-də 2-ci təsnifat mərhələsinin cavab oyunları 27-28 iyulda keçiriləcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
20 iyul
19:00. Alaşkert (Ermənistan) - Şerif (Moldova)
20:00. Linkoln (Cəbəllütariq) - ÇFR (Rumıniya)
22:00. Ferentsvaroş (Macarıstan) - Jalgiris (Litva)
22:00. Dinamo (Zaqreb, Xorvatiya) - Omoniya (Kipr)
22:30. Rapid (Vyana, Avstriya) - Sparta (Praqa, Çexiya)
22:45. Seltik (Şotlandiya) – Midtyulland (Danimarka)
21 iyul
18:00. Kayrat (Qazaxıstan) – Srvena Zvezda (Serbiya)
21:00. Malmö (İsveç) - HİK (Finlandiya)
22:00. Mura (Sloveniya) - Ludoqorets (Bolqarıstan)
22:30. Slovan (Bratislava, Slovakiya) - Yanq Boyz (İsveçrə)
23:00. PSV (Niderland) - Qalatasaray (Türkiyə)
23:00. Olimpiakos (Yunanıstan) - Neftçi (Azərbaycan)
23:00. Legiya (Polşa) – Flora (Estoniya)