09:00 21.07.2021 1007

"Neftçi" qapalı futbola üstünlük versə, ..." - Aslan Kərimov

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ölkə çempionu "Neftçi" Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. 

Millimizin sabiq yarımmüdafiəçisi, veteran futbolçu Aslan Kərimov Fanat.Az-a açıqlamasında "Neftçi"nin bu görüşdəki şanslarını dəyərləndirib. 

"Olimpiakos" da "Qarabağ" kimi öz ölkələrində irəlidə gedən və ardıcıl çempionluğu təmin edən klubdur. Çempionlar Liqası təcrübəsinə malikdir. Ötən mövsüm də bu turnirdə iştirak ediblər.

Əsl yunan futbolu, yəni aqressiv futbol nümayiş etdirirlər. Bəli, taktiki baxımdan ola bilsin ki, hansısa boşluqları var, amma buna baxmayaraq oyun üslubları dəyişməyəcək. Rahatlıqla rəqibə təzyiq göstərəcək futbolçuları var. Həm də nəzərə alaq ki, klubun maddi durumu da yaxşıdır. Açığı, belə bir kluba qarşı oynamaq çətin olacaq. 

Tiflis "Dinamo"suna qarşı keçirdiyi hər iki oyun "Neftçi" üçün "Olimpiakos"a qarşı bir növ hazırlıq idi. Heyətdəki boşluqlar üzərində işləməyə imkan verdi. Yəqin ki, Yunanıstan təmsilçisinə qarşı daha effetkiv bir heyətlə çıxacaqlar və açıq futbol oynamayacaqlar. Düşünürəm ki, ilk oyunda yunanlara qarşı ehtiyatlı futbol nümayiş etdirməliyik. Bəlkə də taktiki sxem baxımından 5-li müdafiə ilə başlamalı olacağıq. Belə olacağı halda, əks-hücumlara daha çox üstünlük verəcəyik. Düzdür, bu qərarları baş məşqçi verəcək, amma uğur qazanmağımız üçün ən səmərəli oyun üslubudur. "Neftçi"nin heyətində əks-hücum edə biləcək futbolçular da var. Həmin futbolçular bacarıqlarını tam olaraq meydana qoysalar, "Olimpiakos"a qarşı lazımi nəticəni qazanmaq olar.

"Dinamo" ilə müqayisədə ustalıq səviyyəsi "Neftçi"də daha çox idisə, "Olimpiakos"la müqayısədə belə deyil. "Neftçi" qapalı futbola üstünlük versə, yunanlar müdafiəni yarmağa çətinlik çəkəcəklər. Bizi qarşıda çətin rəqib gözləyir".

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da "Georgios Karaiskakis” stadionunda keçiriləcək. Cavab görüşü isə 1 həftə sonra Bakıda oynanılacaq. 

Emin Şəmsiyev
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan yığması İslandiyanı məğlub etdi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X