Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
Fransada PSJ və "Real Madrid" üz-üzə gəlib. Parislilər Mbappenin uzatma dəqiqələrində vurduğu qol sayəsində İspaniya nəhəngini evə məğlub göndərib.
İngiltərənin "Mançester Siti" klubu isə Portuqaliyada "Sportinq"in qonağı olub. Pep Quardiolanın yetirmələri 5 cavabsız qol vuraraq ikinci matçı formallığa çevirib.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də baş tutacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
İlk oyunlar
15 fevral
PSJ (Fransa) - "Real Madrid" (İspaniya) 1:0
Qol: Mbappe, 90+4
Baş hakim: Daniele Orsato (İtaliya)
"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) 0:5
Qollar: Mahrez,7. B.Silva, 17; 44. Foden, 32.Sterlinq, 58
Baş hakim: Srcan Yovanoviç