"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunundan - PSJ-yə 0:1 hesabı ilə uduzduqları matçdan danışıb.
Fanat.Az RMC-yə istinadən xəbər verir ki, italiyalı mütəxəssis yenilgini belə dəyərləndirib:
"Bu axşam əsas problemimizin müdafiə olduğunu düşünmürəm. Topla yaxşı rəftar etməyi bacarmadıq. Hə, "Real"ın futbolçuları topu arzulanan səviyyədə irəli daşıya bilmədilər. Evdə başqa cür oynamalıyıq və belə də edəcəyik".
Qeyd edək ki, tərəflərin cavab matçı martın 9-da Madriddə baş tutacaq.