"Belə oyundan sonra uduzan tərəf olmaq üzücüdür. Bacardığımızı etdik, ancaq alınmadı".
Fanat.Az xəbər verir ki, bunu UEFA-nın saytına açıqlamasında Milan "İnter"inin bosniyalı hücumçusu Edin Dzeko deyib.
35 yaşlı forvard Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə evdə "Liverpul"dan aldıqları məğlubiyyəti dəyərləndirib:
"İnter"in futbolçuları təslim olmaq barədə düşünməməlidir. Sonadək mübarizə aparacağıq. Təbii, bu nəticə "İnter" üçün qəbuledilməzdir. Hər şeyin necə başa çatacağını zaman göstərəcək".