Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Fanat.Az xəbər verir ki, mübarizə PSJ-dən Kilian Mbappe, "Mançester Siti"dən Bernardu Silva, "Zaltsburq"dan Məhəmməd Kamara və "Liverpul"dan Vircil Van Deyk arasında keçəcək.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermədən sonra bəlli olacaq.