UEFA Çempionlar Liqasının 2021/2022 mövsümünün final matçının təxirə salınması ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
Fanat.Az-ın xəbərinə görə, bu barədə qurumdan "Evening Standard"a verilən açıqlamada bildirilib:
"Avropa futbol qurumu vəziyyəti daim diqqətlə izləyir. Hazırda final oyununun yerinin dəyişdirilməsinə dair plan yoxdur".
Qeyd edək ki, Britaniyanın "Mirror" və "Daily Star" nəşrləri Rusiya və Ukrayna arasında münaqişənin böyüməsi səbəbilə mayın 28-də keçirilməli olan final matçının "Qazprom Arena"dan alınmasının mümkünlüyünü yazıb.