Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Vilyarreal" öz meydanında "Yuventus"u qəbul edib.
Fanat.Az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Unai Emeri UEFA-nın saytına açıqlamasında 1:1 hesabı ilə başa çatan matçı dəyərləndirib:
“Qorxmadıq və təcrübə göstərdik. Birinci hissədə müqayisə edə bildik, amma ikinci hissədə bunu layiqincə bacardıq.
Bugünkü oyunumuzda ən yaxşı şey balansı qoruyub oyuna hakim olmaq idi. Qol buraxdıq, amma oyuna qayıtdıq, hesabı bərabərləşdirdik və qələbəni hədəflədik. Turinə gedib qalib gəlməliyik.
Vlahoviç? Meydanda fərq yaradanlar bunlardır. İlk dəqiqədə qol vurdu və daha çox qol vura bilərdi. Oyun boyu onu saxlamaq çətindir. Amma ümumilikdə onu və Moratı yenə də oyundan kənarlaşdıra bildik”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu 17 mart tarixində keçiriləcək.
Röya