Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, beləliklə 1/4 finalın son iki iştirakçısı bəlli olub.
İtaliyada "Yuventus"un qonağı olan İspaniya "Vilyarreal"ı gözlənilməz şəkildə dueldən böyük hesablı qalibiyyətlə ayrılıb. Beləliklə, 1/4-ə yüksələn komanda İspaniya təmsilçisi olub. Komandalar arasında lk görüşdə qalib müəyyənləşməmidi - 1:1.
Gecənin digər oyununda İngiltərə "Çelsi"sı Fransada "Lill" ilə qarşılaşıb. Londonda baş tutan ilk qarşılaşmada 2:0 hesablı qələbə qazanan ingilislər səfərdə də qələbə qazanmaqla, adını 1/4 finala yazdırıb.
UEFA Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
16 mart
"Yuventus" (İtaliya) - "Vilyarreal" (İspaniya) 0:3
Qollar: Moreno, 78-pen, Torres, 85, Danjuma, 90+2-pen.
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun - 1:1
"Lill" (Fransa) - "Çelsi" (İngiltərə) 1:2
Qollar: Burak, 38 - Pulişiç, 45+3, Aspilikueta, 71
Baş hakim: Davide Massa (İtaliya)
İlk oyun - 0:2.
Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), həmçinin Almaniyanın "Bavariya" və Portuqaliyanın "Benfika" klubları 1/4 finala vəsiqə əldə edib.