"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand Çempionlar Liqasının 1/4 finalının ilk oyununda "Mançester Siti"nin "Atletiko Madrid"i 1:0 hesabı ilə üstələməsindən danışıb.
Fanat.Az xəbər verir ki, "BT Sport" tanınmış veteranın söylədiklərini belə çatdırıb:
"Bu, "Mançester Siti" üçün imtahan idi. Xosep Quardiolanın komandası meydanda bir sıra suallara cavab verməli oldu. Rəqibin müdafiə xəttini yarmaqla bağlı ciddi çətinlik yaşadılar. Əvvəl bu mənada ümumiyyətlə, heç nə alınmadı. Amma təslim olmadılar. Ehtiyatda Foden, Qriliş kimi oyunçular - azad rəssamlar varsa, matça müdaxilə imkanları genişlənir. Belədə, rəqib də müxtəlif improvizasiya bacarığı olan ön xətt oyunçularının yaratdığı təzyiqə tab gətirə bilmir. İkinci hissədə oyunun şəklini əvəzləmələrlə dəyişən Quardiolanın komandası qələbə qazana bildi. Foden "Atletiko"nun futbolçularını sözün əsl mənasında, hipnoz eləmişdi".
Nihat