Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında evdə 1:0 hesabıyla yendiyi "Bayern Münhen"lə heç-heçə edərək (1:1) yarımfinala yüksələn "Vilyarreal"lın yarımmüdafiəçisi Etyen Kapu fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "beIN Sports" onun söylədiklərini belə çatdırıb:
"Eyforiyadayam. Özümü göyün yeddinci qatında hiss edirəm. "Bayern Münhen"in oyunçu və məşqçilərinin mətbuatda səsləndirdiyi fikirlər bizə xüsusi motivasiya veriridi. Məncə, onların bizi üstələməyə qətiyyəti çatmadı. Çətin olacağını bilirdik və planauyğun oynamağı bacardıq. Biz meydana ürəyimizi qoyur, bu turnirin hər anından zövq alırıq. Çempionlar Liqasının yarımfinalına yüksəlmək yuxu kimidir. Bu reallığın həzzini yaşamaq lazımdır. Amma unutmamalıyıq ki, biz hələ qalib gəlməmişik. Sadəcə, yarımfinala çıxmışıq".
Nihat