Sabah UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə "Lex"in qonağı olacaq.
Fanat.Az xəbər verir ki, Poznan klubunun baş məşqçisi Con van den Brom matçdan öncə keçiriləcən mətbuat konfransında çıxış edib.
Niderlandlı mütəxəssis "Qarabağ"la görüşə ciddi hazırlaşdıqlarını bildirib: "Çempionlar Liqasında zəif rəqib yoxdur. "Qarabağ"a hörmətlə yanaşmalıyıq. Həqiqətən çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında etdiklərini görmüşük. Eləcə də rəqib bizə hörmət etməlidir. Bütün futbolçular yaxşı formadadırlar. Azərbaycan çempionuna qarşı 2 oyun keçirəcəyik. Təbii ki, asan olmayacaq".
Qeyd edək ki, iyulun 5-də Poznandakı eyniadlı arenada oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.