Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Lex" (Polşa) - "Qarabağ" matçını canlı izləmək mümkün olacaq.
Fanat.Az xəbər verir ki, görüş “CBC Sport” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.
Poznan şəhərindəki eyniadlı stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.