"Qarabağ" Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununda Polşa "Lex"ini 5:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
Fanat.Az xəbər verir ki, meydanda dubla imza atan Ağdam təmsilçisinin futbolçusu Kadi Borges matçdan sonra "CBC Sport"a açıqlamasında görüşü dəyərləndirib:
"Belə matçdan sonra nə demək olar? Bu, "Qarabağ"ın gücüdür. Evdə necə rahat olduğumuzu göstərdik. Bəzən oyunumuz alınmaya bilər. Əsas odur ki, başımızı dik tutaq".
Borges II təsnifat mərhələsindəki rəqibləri İsveçrə “Sürix”inin də çətin komanda olduğunu sözlərinə əlavə edib.