UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
Fanat.Az xəbər verir ki, 15 matçda ümumilikdə 95 mindən çox tamaşaçı iştirak edib.
Ən çox azarkeş Bakıda “Qarabağ” və “Lex” arasında keçirilmiş qarşılaşmada olub. Görüşü 27 652 tərəfdar izləyib.
İkinci pillədə 20 022 tamaşaçı ilə "Dinamo" (Batumi, Gürcüstan) - "Slovan" (Bratislava, Slovakiya) matçı yer alıb. İlk "üçlüy"ü "Ferentsvaroş" (Macarıstan) - "Tobol" (Qazaxıstan) görüşü tamamlayıb - 17 347.
Qeyd edək ki, ilk oyunda "Lex"ə 0:1 hesabı ilə uduzan "Qarabağ" cavab qarşılaşmasında rəqibini 5:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.