Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, A, B, C və D qrupları üzrə bütövlükdə 8 oyun baş tutub.
A qrupunda "Liverpul" "Ayaks"ın qonağı olub. Mersisaydlılar səfərdə darmadağınla qalib gələrək vaxtından əvvəl 1/8 finala adlayıblar. Qrupun digər matçında "Napoli" İtaliyada "Reyncers"i sınağa çəkib və növbəti qələbəsini rəsmiləşdirib.
B qrupunda "Portu" Belçikada "Brügge"yə böyük hesabla qalib gələrək pley-offa vəsiqəni təmin edib. Buna "Atletiko Madrid"in "Bayer Leverkuzen"lə ev oyununda xal itirməsi də şərait yaradıb.
C qrupunda "İnter" Plzen "Viktoriya"sını darmadağın edib. Nəticədə, İtaliya təmsilçisi vaxtından öncə 1/8 finala yüksəlib. "Barselona" isə "Bayern Münhen"ə doğma meydanda uduzub. Kataloniya təmsilçisinin qrupda qalması rəsmiləşib.
D qrupunda isə "Tottenhem" evdə "Sportinq"lə bərabərə qalıb. Qrupun digər oyununda “Olimpik Marsel" "Ayntraxt"ın (Frankfurt) qonağı olub və yenilib.
Xatırladaq ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bayern Münhen" və "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları pley-off vəsiqəni təmin ediblər.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur
26 oktyabr
A qrupu
Napoli (İtaliya) - Reyncers (Şotlandiya) 3:0
Qollar: Simeone, 11; 16. Estiqor, 80.
Ayaks (Niderland) - Liverpul (İngiltərə) 0:3
Qollar: Salah, 42. Nunyes, 49. Elliott, 52.
Xal: Napoli - 15 . Liverpul - 12. Ayaks - 3. Reyncers - 0.
B qrupu
Brügge (Belçika) - Portu (Portuqaliya) 0:4
Qollar: Taremi, 33; 70. Evanilson, 57. Eustakio, 60.
Atletiko Madrid (İspaniya) - Bayer Lverkuzen (Almaniya) 2:2
Qollar: Karrasko, 22. De Paul, 50 – Diabi, 9. Hadson-Odoi, 29.
Xal: Brügge - 10. Portu - 9. Atletiko - 5. Bayer - 4.
C qrupu
İnter (İtaliya) - Viktoriya (Plzen, Çexiya) 4:0
Qollar: Mxitaryan, 35. Dzeko, 42; 66. Lukaku, 87.
Barselona (İspaniya) - Bayern (Almaniya) 0:3
Qollar: Mane, 10. Şupo-Motinq, 31. Pavar, 90+5.
Xal: Bayern - 15. İnter - 10. Barselona - 4. Viktoriya - 0
D qrupu
Tottenhem (İngiltərə) - Sportinq (Portuqaliya) 1:1
Qollar: Bentankur, 80 - Eduards, 22.
Ayntraxt (Almaniya) – Olimpik Marsel (Fransa) 2:1
Qollar: Kamada, 3. Muani, 27 – Genduzi, 22.
Xal: Tottenhem - 8. Sportinq - 7. Ayntraxt – 7. Olimpik Marsel - 4.