UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Real Madrid” səfərdə “Bayern Münhen” ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
"Kral klubu"nun hər iki qolunu braziliyalı hücumçu Vinisius Junior vurub. UEFA-nın rəsmi saytının məlumatına görə, braziliyalı görüşün ən yaxşı futbolçusu seçilib.
Tərəflər arasında cavab oyunu mayın 8-də "Santyaqo Bernabeu" stadionunda keçiriləcək. Çempionlar Liqasının digər yarımfinal cütündə Fransanın PSJ-si Dortmund “Borussiya”sı qarşılaşacaq. İlk oyun bu gün, mayın 1-də baş tutacaq.