"Liverpul" Çempionlar Liqasının qrup mərhələsinin V turunda Niderland "Ayaks"ını 3:0 hesabı ilə məğlub edərək 1/8 finala adını yazdırıb.
Fanat.Az xəbər verir ki, bu görüş "mersisaydlılar"ın baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub.
55 yaşlı mütəxəssis buna Mersisayd təmsilçisi ilə qitənin bir nömrəli klub turnirində ardıcıl 6-cı dəfə pley-offa yüksəlməklə rekorda imza atıb.
Qeyd edək ki, 2015-ci ildən "Liverpul"da çalışan Kloppun klubu ilə 2026-cı ilə qədər müqaviləsi var.