Meksikalı Serxio Peres Formula 1 üzrə dünya çempionatında iştirakını bərpa edə bilər.
Fanat.Az “Blick”ə istinadən xəbər verir ki, Serxionun 2026-cı ildə Formula 1-ə qoşulacaq “Cadillac” ilə müqavilə bağlamaq ehtimalı var.
Maraqlıdır ki, meksikalı bu yaxınlarda Formula1-in əsas sponsoru olan “Heineken” ilə müqavilə imzalayıb.
Bir müddət əvvəl yayılan xəbərə görə, hazırda “Mercedes”in ehtiyat sürücüsü olan finlandiyalı Valtteri Bottas “Cadillac” ilə müqavilə bağlaya bilər. Lakin avtoidman üzrə nüfuzlu jurnalist və ekspert Co Seyvud belə bir ssenariyə inanmadığını bildidikdən sonra şayiələr azalıb.
Qeyd edək ki, Peres Azərbaycan Qran-prisində iki dəfə qələbə qazanan yeganə pilotdur.