"Formula 1"-də mövsümün ilk mərhələsi olan Avstraliya Qran-prisi baş tutmayacaq.
Fanat.Az xəbər verir ki, "Maklaren"in üzvlərindən birində koronavirus aşkarlandığı üçün Melburnda keçirilməli olan yarış ləğv edilib. Britaniya komandası daha əvvəl Avstraliya Qran-prisində iştirakdan imtina etdiyini açıqlamışdı.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən "Formula 1" üzrə Çin Qran-prisi təxirə salınıb, Bəhreyn etapı isə azarkeşlərsiz keçiriləcək.
Fanat.Az