Tanınmış fitness məşqçisi Gülnurə Abuzərova Müdafiə Nazirliyinə müraciət yollayıb.
"Gia Mendez” adı ilə tanınan Abuzərova Azərbaycan Ordusuna dəstək üçün əsgərliyə aparılması istəyini ərizəsində qeyd edib.
Gülnurə Abuzərovanın instaqramda 104 mindən çox izləyicisi var. O, professional idmançı kimi hərbi xidmətə yararlı olduğunu bildirib.
Bundan başqa, xanım məşqçinin müxtəlif ölkələrdən olan izləyiciləri Ermənistanın Azərbaycana təcavüzkar siyasətinə etirazlarını, Azərbaycan xalqına dəstəyini sosial media hesablarında ifadə edib.(Sportinfo.az)