"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virts Bundesliqada dekabr ayının ən yaxşı oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Leverkuzenli ulduz ötən ilin son ayında Bundesliqada 3 oyuna çıxaraq 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Virts səsvermədə Coşua Kimmix, Camal Musiala (hər ikisi "Bayern Münhen), Mitçel Vayzer (Verder), Nik Voltemade (Ştutqart) və Paul Nebeli (Maynts) qabaqlayıb.
Mirağa