"Yuventus" "Milan"dan icarəyə götürdüyü mərkəz müdafiəçisi Pyer Kalyulyunu heyətində saxlamaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikola Skira yayıb.
Xəbərə görə, Turin klubu onu 14+3 milyon avroya almağa hazırdır. Bu seçim icarə müqaviləsində də əks olunub.
Anlaşmaya görə, futbolçu ilə 2,4 milyon avro maaş qarşılığında 2029-cu ilə qədər müqavilə imzalanacaq.
Kalulyu avqustda "Yuventus"a keçib. 24 yaşlı fransız "qoca sinyora"nın heyətində 25 matç keçirib və 1 qol vurub.
Mirağa