"Real Madrid" klubunda prezident seçkisi keçirilib.
Fanat.Az xəbər verir ki, Florentino Peres yenidən İspaniya nəhənginin rəhbəri seçilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Budəfəki seçkidə yeganə namizəd olan Peres prezident postunu 2029-cu ilədək tutacaq.
77 yaşlı funksioner 2000-ci ildən “Real”ın prezidentidir. O, 2006-cı ildə istefa versə də, 2009-cu ildə də yenidən klubun sükanı arxasına keçib. Ümumilikdə Peres altı dəfə bu vəzifəyə seçilib.
Onun rəhbərliyi dövründə "Real" Çempionlar Liqasını, İspaniya çempionatını və İspaniya Superkubokunu yeddi dəfə, UEFA Superkubokunu altı dəfə, klublararası dünya çempionatını beş dəfə, İspaniya Kubokunu üç dəfə və Qitələrarası Kuboku iki dəfə qazanıb.