09:43 27.01.2025 393

“Turan Tovuz” lideri büdrətdi, “Araz Naxçıvan” “Neftçi”ni məyus etdi – Tura baxış

Misli Premyer Liqasının XX turu bir-birindən maraqlı qarşılaşmalarla yadda qaldı. “Turan Tovuz” son dəqiqələrdə “Qarabağ”ı şoka salmağı bacardısa, “Araz Naxçıvan” qələbəsiz oyunlara “Neftçi”ni məğlub etməklə son qoydu. “Sabah” isə “Sumqayıt”a bata bilmədi. 

"Şamaxı" – "Zirə" 1:2 
Qollar:
Brahim Konate, 38 - Ruan Renato, 45+1. İsmayıl İbrahimli, 49
“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 18. Cəlal Hüseynov, 82. Rüfət Abbasov, 20. Leroy Mikels (k), 93. Brahim Konate, 30. Andrey Tirkoveanu, 9. Belajdi Pusi, 3. Vladislav Veremeyev, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 23. Murad Vəliyev, 6. Rauf Rüstəmli, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 12. Maykl Tuik, 32. Vasiliye Radenoviç.
Baş məşqçi: Ayxan Abbasov.
“Zirə”: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 4. Ruan Renato, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 23. Rafael Utziq, 24. Yusuf Laval, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 22. İldar Alekperov, 5. Stefan Aka, 90. Davit Volkov, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins.
Baş məşqçi: Rəşad Sadıqov.

“Zirə” Şamaxıda vacib 3 xal qazandı. Baxmayaraq ki, görüşdə hesabı meydan sahibləri açmışdılar. Konate 38-ci dəqiqədə qonaqları mərkəzə dəvət etdi. Qola qədər də “Şamaxı” yaxşı görünür, tez-tez təhlükəli vəziyyətlərlə qonaqları narahat etməyi bacarırdı. Bunu nəzərə alanda meydan sahiblərinin 3 xalı bayram edəcəyini gözləmək olardı. Amma “Zirə” bu gedişatla razılaşmayıb, qarşılaşmanın axarını öz xeyrinə dəyişməyi bacardı. Ruan Renato fasilə ərəfəsinə hesabı bərabərləşdirdi. Komandalar fasilədən qayıdan kimi “Zirə” daha bir qol vurdu. İsmayılın 49-cu dəqiqədə vurduğu qol oyunda sonuncu olunca “Zirə” səfərdə 2:1 hesablı qələbəni bayram etdi.
Qələbə sayəsində “Zirə” 3-cü pillədəki yerini qorumağı bacardı. Rəşad Sadıqovun komandasının aktivində 36 xal var. 17 xallı “Şamaxı” isə 8-ci sıradadır.

“Səbail” – “Kəpəz” 1:0
Qol:
Madi Queta, 11.
“Səbail”: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 8. Qorka Laruçça, 3. Dmitro Litvin (k), 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 7. Madi Queta, 14. Suleyman Alluş. 
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 74. Yusif Nəbiyev, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 5. Gitay Sofir. 
Baş məşqçi: Cavid Hüseynov. 
“Kəpəz”: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba. 
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 10. Karim Lkouça, 88. Şevroni Mabatşoev. 
Baş məşqçi: Azər Bağırov.

"Səbail” bu tur ardıcıl ikinci qələbəsini bayram etdi. Özü də rəqib “Kəpəz” olduğundan bu qələbənin qiyməti ikiqat dəyərli oldu. Ötən tur “Turan Tovuz”un qapısına 5 dəfə yol tapan gəncəlilər Bayılda qol vurmağı bacarmayınca acı məğlubiyyətlə barışmağa məcbur qaldı. Madi Quetanın 11-ci dəqiqədə vurduğu qol oyunda yeganə oldu. Sözün düzü, “Kəpəz”in bu qola cavab verməyə böyük qüvvəylə irəli atıldığını, riski gözə aldığını da görmədik.
Belədə sönük oyunun mükafatı da məğlubiyyət oldu. Qələbə sayəsində sonuncu pilləni “Kəpəz”ə təhvil verən “Səbail” 9-cu pilləyə yüksəldi. “Dənizçilər”in xal ehtiyatı 15-ə bərabərdir. “Zirzəmi”yə lövbər salan “Kəpəz”in isə 14 xalı var.

“Sabah” – “Sumqayıt” 0:0
“Sabah”:
1. Yusif İmanov, 2. Amin Seydiyev (k), 6. Abdulax Xaybulaev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 12. Vinsent Til. 
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 20. Coy Lens Mikels, 13. İvan Lepiniça, 11. Kahim Parris, 99. Neqoş Kupusoviç. 
Baş məşqçi: Vasili Berezutski. 
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 75. Nadir Orucov, 19. Roi Kehat, 12. Giorgi Karaişvili, 5. Alan Dias, 77. Casurbek Caloliddinov. 
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 41. Uğur Cahangirov, 20. Ayxan Süleymanlı, 29. Qabil Əlizadə, 66. Ruslan Əliyev, 24. Sənan Muradlı, 57. Hüseyn Fərəcli, 11. Momo Yansane, 60. Tresor Mossi. 
Baş məşqçi: Vaqif Cavadov.

Masazırda keçirilən qarşılaşmada qapılara qol vurulmadı. Vaqif Cavadov bununla güclülərə başağrısı verməyi yaxşı bacardığını bir daha sübut etdi. “Sabah”ın yeni transferi, Qazaxıstan millisinin qapıçısı Stas Pokatilovun adı oyunun iştirak ərizəsinə daxil edilməmişdi. Düzü, Yusif İmanovun da üzərinə çox iş düşmədi. 1 xala razı olan tərəflər daha çox öz qapılarının toxunulmazlığının qayğısına qalmaqla 90 dəqiqəni yola verdilər. Coy Lens Mikelsin ehtiyatda qalması da görüşün diqqət çəkən məqamlarından idi.
Cəmi 28 xal toplamağı bacaran “Sabah” 5-ci pillədədir və ilk “üçlük”dən xeyrli geri qalır. 21 xalı olan “Sumqayıt” isə “Sabah”dan bir pillə geridədir.

“Araz-Naxçıvan” – “Neftçi” 2:1 
Qollar:
Vanderson, 29. Ramon Maçado, 64 - Filip Ozobiç, 67
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 2. Slavik Alxasov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.
“Neftçi”: 1. Emil Balayev (k), 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 47. Murad Məmmədov, 44. Yuri Matias, 23. Robert Bauer, 24. Mustafa Sek, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 30. Rüstəm Samiqullin, 10. Filip Ozobiç, 19. Azər Salahlı, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 78. Elcan Əbilov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 88. Andrey Ştoqrin, 20. Alfa Konte, 18. Ryonosuke Ohori.
Baş məşqçi: Samir Abasov.

Mərdəkandakı məğlubiyyətdən sonra Samir Abasov “ağ bayraq” qaldırdı. Çalışdırıcı çempionatda iddialarının qalmamasını, diqqəti kuboka yönəltməli olduqlarını etiraf etdi. Hazırkı səviyyə ilə “Neftçi”nin kubokda nə qədər irəliləyə biləcəyi də sual doğurur.
Vandersonun 29-cu dəqiqədə hesabı açdığı oyunda daha iki qol ikinci hissədə vuruldu. Ramon Maçado 64-cü dəqiqədə “Araz Naxçıvan”ın üstünlüyüni iki topa çatdırdı. Üç dəqiqə sonra Ozobiç fərqi azaltsa da, “Neftçi”nin bundan artığına gücü çatmadı. Qələbə sayəsində “Araz Naxçıvan” “qara zolaq”dan çıxmağı bacardı. 2-ci pillədə möhkəmlənən əyalət təmsilçisinin 42 xalı var və ən yaxın izləyicisini 6 xal qabaqlayır. 7-ci pillədəki “Neftçi”nin isə 18 xalı var.

“Qarabağ” – “Turan Tovuz” 1:2 
Qollar:
Musa Qurbanlı, 7 - Kauan Martins, 90. Otto Con, 90+4
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev (k), 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 7. Yassin Benzia, 2. Mateus Silva, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 19. Redon Cica, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
“Turan Tovuz”: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 77. Veysəl Rzayev, 9. Kristian da Silva (k), 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 40. Kauan Martins, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 44. Rüfət Əhmədov, 99. Sadiq Şəfiyev, 30. Mircamal Əlizadə, 80. Otto Con, 29. Anton Kraçkovski
Baş məşqçi: Kurban Berdiyev

Musa Qurbanlı 7-ci dəqiqədə hesabı açmaqla “Qarabağ”ı “Turan Tovuz”la oyunda xeyli rahatlatmışdı. Görünən odur ki, “köhlən atlar” sonda elə o rahatlığın da cəzasını çəkdilər. Hesabı artırmağı bacarmayan meydan sahibləri 90-cı dəqiqədən sonra əsl şok yaşadı. Künc zərbəsindən sonra rəqib futbolçuların arasında sıxılan Şahruddin Məhəmmədəliyev mövqeyini itirincə Martins hesabı bərabərləşdirdi. Otto Con əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə “Qarabağ”ı ikinci dəfə məyus etdi. Gedişatı dəyişməyə Qurban Qurbanovun və yetirmələrinin vaxtı qalmamışdı.
“Qarabağ” 1:2 hesablı məğlubiyyətə üzülsə də, liderliyini davam etdirir. 1-ci pillədə əlçatmaz olan Ağdam təmsilçinin 50 xalı var. 35 xallı “Turan Tovuz” isə 4-cü sıradadır.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

09:00

MPL: "Zirə" "Səbail"ə, "Turan Tovuz" "Neftçi"yə qarşı - YENİLƏNİR

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

14:47

"Mən artıq finala görə həyəcanlıyam" - Ruben Amorim

14:28

"Son 10 dəqiqə bizim üçün çox pis keçdi" - "Atletik"in baş məşqçisi

Facebookdan bizi izləməyi unutmayın.
X