13:40 11.02.2025 383

Yaşar Seyidov: "İşini bilən peşəkarlara meydan verilməlidir"

Bir sıra önəmli qərarların qəbul edildiyi AFFA İcraiyyə Komitəsinin fevralın əvvəlindəki iclasında Azərbaycanın U-17 millisinə təyinat da açıqlandı. İlham Yadullayev baş məşqçi postuna təsdiqləndi. Digər komandaları çalışdıracaq məşqçilər qurumun növbəti iclasında bəlli olacaq. Bununla belə, baş məşqçi vəzifələrinə yerli mütəxəssislərin təyin olunacağı gözlənilir. Təsadüfi deyil ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev "CBC Sport" kanalında qatıldığı "Bizim futbol" verilişində buna işarə etdi.

Fanat.Az məsələ ilə bağlı təcrübəli futbol funksioneri, II Liqada mübarizə aparan "Dinamo"nun İdarə Heyətinin rəhbəri Yaşar Seyidovun fikirlərini öyrənib:

"O gün "CBC Sport"un canlı yayımında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevin çıxışına baxdım. Onun gənclər yığması və aşağı yaş qrupları üzrə digər milli komandaların baş məşqçilərinin azərbaycanlı məşqçilər olması barədə fikrini dəstəkləyirəm. Çox gözəl təşəbbüsdür. Sadəcə, təklif edirəm ki, bütün yığma komandalarımız A millisi ilə eyni sistemə uyğunlaşdırılmalıdır. Çünki 15-16 yaşlı futbolçular 3-4 ildən sonra artıq əsas yığmaya namizəd olacaqlar. A milli hansı sistemdə oynayırsa, digərləri də o cür formalaşdırılmalı, eyni məşqlər keçməlidir. 
O ki qaldı namizədlərə, elə məşqçilər cəlb olunmalıdır ki, aşağı yaş qruplarında işləməyin xüsusiyyətlərini bilsin. AFFA mütləq onları Avropanın aparıcı klublarına göndərməlidir. Akademiyalarda, aşağı yaş qrupları üzrə komandalarda təcrübə toplamalarına dəstək olmalıdır. Uşaq futbolundakı ən son metodologiyanı biləndən sonra onları seçmək lazımdır. Dostluq, qohumluq məsələlərinə son qoyulmalıdır. Nəticə qazanmaq istəyiriksə, təcrübəli, işini bilən peşəkarlara meydan verməliyik. Əks halda, milliyə gəlib çıxacaq futbolçularda yenə problem olacaq. Öz vaxtilə futbolçularımızı oynatmaq əvəzinə, gedib xaricdən legioner gətirən məşqçilər yenə fəallaşıblar. Bunun qarşısı indidən alınmalıdır. Bir daha bildirmək istəyirəm ki, Azərbaycanın təcrübəli, yaxşı məşqçilərini Avropaya göndərib onların bilik-bacarıqlarını artırmasına nail olduqdan sonra milliyə cəlb etmək lazımdır".

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 Aprel 2025
20:50

Yüksək Liqa: Yarımfinal mərhələsinə start verildi

20:22

Joau Feliks onu 127 milyona satan kluba qayıdır

19:56

II Liqa: Vüqar Nadirovlu "Şəmkir" darmadağınla liderlərə yaxınlaşdı

19:14

Ançelotti hansı İngiltərə nəhənginin baş məşqçisi olmağı arzuladığını dedi

18:45

"Olan olub, amma "Real" da "Real"dır"

18:16

"Bizi bugünkü kimi cəzalandıra bilərlər" - Vitinya

17:52

“Qarabağ” ev oyunlarını “Azərsun Arena”da keçirəcək - Bu tarixdən

17:34

Aqil Nəbiyev Gürcüstan üzərində qələbədən nə danışdı?

17:16

"Azarkeşlərimizə xüsusi bir axşam hədiyyə edəcəyimizə ümidliyəm" - Vensan Kompani

16:47

Qrizmannın aqibətinin necə olacağı dəqiqləşdi

16:29

"Qarabağ" "Neftçi" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:11

"Hər şeyi yüksək səviyyədə etməyə qadirik" - Bellingem ümidini itirmir

15:53

"PSJ kimi komanda ikinci hissəyə belə başlamalı deyildi" - Əşrəf Hakimi

15:31

AFFA daha bir komandanı çempionatdan kənarlaşdırdı

15:14

Rəşad Sadiqov 5 oyunda texniki zonada ola bilməyəcək

14:57

Türkiyəli fiqurlu konkisürən həbs olundu

14:39

"Neftçi" və "Kəpəz" azarkeşlərinə görə ziyana düşdülər

14:21

Azərbaycanın U-17 millisi Gürcüstana qalib gəldi

14:13

"Sabah"ın U-13 və U-15 komandaları beynəlxalq turnirə qatılacaqlar

14:03

"Özümüzlə fəxr etməyə haqqımız çatır" - Niko Kovaç

13:45

Kurban Berdiyevə 5 oyunluq cəza verildi

13:27

Tanınmış futbolçu faciəvi şəkildə həlak oldu

13:08

"PSJ Çempionlar Liqasının aşkar favoritidir" - Unai Emeri

12:50

Girassi kimisi ÇL tarixində olmayıb

12:32

Azərbaycanda çempionat oyununun yeri dəyişdirildi - SƏBƏB

12:14

PSJ tarixi uğura imza atdı

11:55

"Bu bizə müxtəlif problemlər yaradırdı" - Xviça Kvaratsxeliya

11:37

"Bu liqada qalib gələ bilməyəcəyimiz komanda yoxdur" - Mahir Emreli

11:18

Luis Enrike PSJ-ni dünyanın ən yaxşı komandası adlandırdı

10:59

Azərbaycanlı referi dünya çempionatına təyinat aldı

10:41

ABL: Bu gün pley-offa vəsiqə uğrunda son duellər keçiriləcək

10:23

Klopp İspaniyadan "yox" deyə bilməyəcəyi təklif aldı - SON DURUM

10:04

Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq

09:45

"Biz yarımfinaldayıq və əsas da odur" - "Barselona"nın baş məşqçisi

09:24

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

ÇL: "Real Madrid" "Arsenal"a, "Bayern Münhen" "İnter"ə qarşı - YENİLƏNİR

01:02

ÇL: "Barselona" da yarımfinala məğlubiyyətlə yüksəldi, PSJ də

15 Aprel 2025
23:30

Fabreqas iki böyük klubun təklifinə "yox" dedi

22:50

Benites "Real"dan Ronalduya görə gedib? - Sualı cavablandırdı

22:18

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında 3 medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X