Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi Belçika "Anderlext"ini qəbul edib.
Joze Mourinyunun baş məşqçisi olduğu komanda doğma meydanda 3:0 hesabı ilə qalib gəlib. "Fənərbağça"nın qollarını 11-ci dəqiqədə Tadiç, 42-ci dəqiqədə Dzeko, 57-ci dəqiqədə En Nesiri vurublar.
Matçdan hazırlanmış videoicmalı təqdim edirik: