İspaniya millisinin məşqçilər korpusunda dəyişikliklər reallaşıb.
Fanat.Az xəbər verir ki, 2023-cü ildən Avropa çempionlarının çalışdırıcısı olan Luis de la Fuente komandasının tərkibini yeniləmək qərarına gəlib.
O, oğlunu analitik kimi oraya daxil edib. Albert de la Fuente bu funksianı icra edəcək.
Komandanın ikinci məşqçisi də dəyişib - indi de la Fuentenin sağ əli bu vəzifədə Pablo Amonu əvəzləyən Xuanjo Qonzales Argüellesdir.
Maraqlıdır ki, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti də əvvəllər eyni şeyi edib və onun qərarı özünü doğruldub. Belə ki, David ANçelotti "Kral klubu"nda özünü yaxşı tərəfdən göstərir, atasına faydalı məsləhətlər verir.
Mirağa