"Roma"nın hücumçusu Paulo Dibala karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.
Mənbənin məlumatına görə, argentinalı forvardla “Əl-Kadisiya” maraqlanr. Sözügedın klub Dibalaya 75 milyon avro dəyərində 3 illik müqavilə təklif edib. Paulonun əlverişli şərtləri qəbul edib Yaxın Şərqə getməyi düşündüyü bildirilir.
31 yaşlı argentinalı A Seriyasının cari mövsümündə 21 oyun keçirib, 6 qol vurub və iki məhsuldar ötürmə edib. Dibalanın paytaxt klubu ilə müqaviləsinin müssəti 2026-cı ilin ortalarına qədərdir və onun bazar dəyəri 8 milyon avrodur.
Mirağa