"Real Madrid" rəhbərliyi yaxın vaxtlarda xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçlə yeni müqavilə imzalamağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira yayıb.
Mənbənin məlumatına görə, 39 yaşlı xorvatiyalı futbolçu tezliklə Madrid komandası ilə 2026-cı ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə imzalayacaq.
Qeyd edək ki, Modriçin “ağ-qaralar”la hazırkı müqaviləsi bu mövsümün sonuna kimidir.
Yarımmüdafiəçi 2012-ci ildən "Real"da çıxış edir.
Luka Modriç bu mövsüm "Kral klubu"nun heyətində İspaniya çempionatında 23 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa